
Qazaxıstanın paytaxtı Almatıdakı Respublika meydanında Yanvar hadisələri qurbanlarının xatirəsinə həsr olunmuş icazəli mitinq başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlum olduğu kimi, bu il yanvarın 4-dən 6-na kimi Qazaxıstanda Respublika Meydanı hadisələrin episentrinə çevrilib.
Hadisələr mitinq şəklində başlasa da sonradan vəziyyət gərginləşib və polislə şiddətli toqquşmalar yaşanıb, inzibati binalar tutulub, onlarla insan iğtişaşlar zamanı həyatını itirib.
Gununsesi.info