Almaz Həsrət: “Ugurun təməl açarı…”

  • By admin
  • 15 Sentyabr 2016 11:53

almaz

Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur.

HTML tutorial

Gununsesi.info Təhsil nazirliyinə istinadən xəbər verir ki,  bu tədris ilində ölkə üzrə 164 033 nəfər şagird 1-ci sinfə gedəcək.

Yeni dərs ilində Bakı şəhəri üzrə 1-ci sinfə gedəcək şagirdlərin sayı  43 397 nəfərdir.  Əməkdar müəllim Almaz Həsrətlə söhbətimiz 1-cilərlə bağlıdır.

-Almaz xanım, məktəbə ilk qədəm basan uşaqlarda görülən ilk gün sindromu hansılardır?

– Ana-atasının  qollarında böyüyən uşağın, tanımadığı, ona yad olan bir mühitdə, eləcə də bir çox tanımadığı uşaqla bir araya gəldiyində yaşadığı çətinliyə ilk gün sindromu deyə bilərik. Bu sindrom yarandığında  birincilərdə qorxu, qayğı, ağlama, anadan ayrılmaq istəməmə, sinifə girməyi rədd etmə kimi davranışlar ola bilər.

-Bunların baş verməməsi üçün  şagirdlə müəllim arasında isti təmas qurmanın hansı metodlarından istifadə edilir?

– Məktəb ilk gün qəbul edəcəyi birincilər üçün hazır olmalıdır. Burada hər şey birincilərin təhsilə cəb edilməsi üçün  hesablanmalıdır. Məktəbin həyətindən tutmuş sinif otagına, müəllimin davranışına və danışığına, hətta istifadə edəcəyi sözlərədək.Məktəbə gəldiyi ilk anlardan “ilk gün sindromu” yaşayan şagirdlərlə buzları əritmənin özəl metodlasrından istifadə edilir. Sınıfdə, hər çür  sinifə alışacaq  “İlk Gün Qarşılama Strategiyası” ni tətbiq edərək, məktəbdəki ilk günlərində şagirdlərin  stresini azaltmaq vacibdir. Bunun üçün  onların sevimli cizgi filmlərindəki qəhrəmanlardan da istifadə olunmalıdır.  Deyək ki, uşaqların çox sevdiyi Süngər Bobu (Sponge Bob) köməyə çağırmaqla.  Hətta yuxarı sinif şağirdlərindən tutmuş, universitet tələbələrinədək bütün öyrəncilər  məktəbin ilk günündə çox qarışıq hisslər və duyğular yaşayırlar. Şagirdlər ilk gün müəllim və  digər şagird yoldaşlarıyla tanış olmanın və önlərindəki il haqqında məlumatlandırılmanın gətirdiyi həyəcan və narahatlıqlarla yüklənirlər. Onlar müəllim  və sinif yoldaşları tərəfindən yaxşı qarşılandıqlarını  hiss ettirərək, üzərlərindəki narahatlığı azaltmaq üçün bu ilk gün qarşılama strategiyasını tətbiqi mütləqdir.

İlk gün  qarşılama  starategiyasında nələrə diqqət göstərilməlidir?

– Sinifə girərkən müəllim hər bir şagirdiylə göz təması quraraq, gülümsəməli, şəfqət saçmalıdır. Sonra isə hər birinin əlini sıxaraq qarşılamalı, daha sonra istədiyi yerdə əıyləşməyə inmakn verməlidir. Özü haqqında danışmalı və  şağirdlərinin özlərini  tanıtmalarına imkan yaratmalıdır. Əgər lazım gəlsə,  özlərini tanıtmaları üçün yol da göstməlidir. Sinifdə istədikləri yerə oturmalarına icazə verməli, onları ayrıseçkilik göstərmədən sinifdəki mövqelərini izah etmək və hansı şagirdlə birlikdə oturmaq istəklərinə qarşı getməməkdir.  Şagirdlər oturduqları yeri seçmə şansları olduğunda özlərini daha rahat hiss edəcəklər. Bəzi şagirdlərin sinifdə ön sıralarıa özlərini  rahat hiss edərkən, digərləri əvvəldən tanıdıqları birinin yanında oturmasını da istəyə bilərlər. Daha sonra bütün şagirdlərin birlikdə, bir-birinin əllərini tutaraq və ya tutmadan, bir dairə yaradılımalıdır. Onlardan adlarını söyləmələrini və əvvəlcədən bu məqsədlə hazırlaan suallara  cavab vermələrini izah etməli. Suallar, şagirdlərin ən sevdikləri televiziya proqramı, idman, yemək və ya rəng haqqında ola bilər. Seçimlər sonsuzdur. Məsələn; Mənim adım  Ömərdir!  Ən sevdiyim çizgi film, Sünger Bobdur və s. Şagirdlər cavablarına görə qruplara ayırılır. Hər qrupda 4-5 adamın olmasını şərtdir. Qruplaşdırılma əsnasında yaradıcı olmaq tələb oluna bilər. Məsələn, əgər ən sevdikləri cizgi film sualına onlardan yalnız biri Sünger Bobu seçibsə, müəllim  onu “Süngər Bob”a bənzər başqa çizgi film qrupuna yerləşdirə və ya şagirddən, verilən cavablar arasından başqa bir çizgi film seçməsini istəyə bilərsiniz. Daha kiçik qruplara ayırdıqdan sonra, şagirdlərdən özlərini bir-birlərinə tanıtmaları istənilir. Hər şagird, ən çox sevdiyi televiziya proqramı haqqında sevdiyi bir xüsusiyyəti söyləməsini və fikrində sərbəstlik yaratmağa imkan verilməlidir.  Şagirdlərin ən çox sevdikləri televiziya proqramı haqqında birlikdə rəsm çəksinlərini və bu proqramı nəyə görə sevdiklərinə dair bir neçə cümlə yazmalarını   tapşırmalıdırş.  Hər qrup, seçdikləri televiziya proqramı haqqında nəyi sevdiklərini sinifə  danışsın və çəkdikləri  rəsmi nümayiş etdirsin. Bunun tətbiqi, təqribən 1 saat sürəcək. Bu təsirli işdə birincilər həm bütün sinif yoldaşlarına tanış olar, həm də öz qruplarında olan dörd-beş uşaqla daha yaxın ünsiyyət qurarlar. Özlərini daha rahat hiss edərlər. Çünki ən azından bir şagirdlə aralarında bağ yaranar, artıq tənəffüsdə və ya nahar əsnasında paylaşa, bəzi ortaq bəyənmələredə bilər.   Qeyd edim ki, bu çox uğurlu nəticə verən təcrübədir.

Dərsə getməkdən bəhanələrlə yayınan şağirdləri necə ram etməli?

– Məktəbə ilk dəfə ayaq basan şagirdlərə  bir sıra  kompleks faktorlar təsir edir. Sinif kollektivi,  yeni uşaqlarla tanışlıq, müəllimin şəxsiyyəti, rejim dəyişikliyi, fiziki fəaliyyətin və əyləncənin məhdudlaşdırılması və s.  Uşaq  orqanizmi bu dəyişikliklər çox vaxt adaptasiya olunmaq istəmir. Ona görə də, uşaq cəsarətləndirilməli, açıq və aydın tərzdə danışılmalı, hər uşaqda özünəinam aşılanmalı, qətiyyən ona məktəbi sevmədiyini xatırlatmamalı, digər şagirdlər  “yaxşı nümunə” kimi göstərilməlidir. Eyni zamanda, məktəbin ilk günlərində və daha sonra vlideynlərin məktəb və müəllimlə əməkdaşlıq etməlidir. Ailələrə məktəbdəki mütəxəssislər və rəhbər müəllimlər tərəfindən bu adaptasiya prosesinin nə vaxt sona çatacağı ilə bağlı məlumat verilməlidir.

Anasının əlini buraxmaq istəməyən birincilərin məktəbi sevməsi üçün hansı metodlardan istifadə edilməlidir? 

– Əvvəlcə ilk günlərdə ana-ata sakit və soyuqqanlı olmalıdır. Çünki ailənin verdiyi reaksiyalar əhəmiyyətlidir. Uşaq bu reaksiyalara baxaraq, eyni qayğını və çaxnaşması yaşamağa başlaya bilər.  Ailə məktəb başlamazdan əvvəl uşaqlarına məktəb haqqında danışmalı, oranın qorxulacaq bir yer olmadığını izah etməlidir.  Məktəbə getməsi mövzusunda ailənin hər üzvünün tutarlı bir misallar çəkməsi, uşağın bu mövzuda cəsarətləndirilməsi lazımdır.  Uşaqla hər zaman açıq və aydın tərzdə danışmanın əhəmiyyəti böyükdür. Məktəbə getmək istəmirsə, açıqca bu qorxusunun səbəbləri və narahatlıqları haqda söhbət etmək lazımdır. Ancaq bunu edərkən, qətiyyən alçaldıcı sözlərlə və alçaldıcı tərzdə edilməməsinə diqqət göstərilməlidir.  Yalnız onun deyil hər uşağın bunu yaşadığı ona başa salınmalıdır.  Uşaqlar üçün ən əhəmiyyətli .ey, güvəndir. Ana-atalar uşaqlarına güvən verməlidirlər. “Buralardayım ..”, “Çıxışda səni alacağam”, “Məni görəcəksən”, “Qapıda olacağam” kimi cümlələrlə uşaq sakitləşdirlməlidir. Ailələrin ilk günlərdə uşaqlarını məktəbdə tək buraxmamaları uşaqların etibarlarını qazanmaları baxımından vacibdir. Başqalarının övladə “yaxşı nümunə” olaraq göstərməməlidirlər.

Şagirdlərdə məktəb xofuna görə ilk növbədə valideynləri qınamaq lazımdırmı?

–  Bəli, uşaqlarda məktəbə qarşı qorxu hissini yaşamasında ilk növbədə valideynlər günahkardır. Bu vəziyyəti aradan qaldırmaq üçün uşağına qarşı mülayim davranmaq əvəzinə əsəb göstərirlər. Valideyn övladına məktəbdə çox gözəl oyunlar oynayacağını, evə gəldiyində öyrəndiyi ona da ə öyrətməsini, bunun üçün sinifdə diqqətli olmasını tövsiyyə etməlidir. “Ay yaxşı ki məktəbə gedirsən … Necə maraqla gözləyəcəyəm səni … Kim bilir, nə qədər gözəl şeylər öyrənəcəksən. Hamısını mənə də izah et oldumu? …” kimi şirin üslubla uşağı məktəbə qarşı motivasiya etsələr, daha yaxşı olar. Uşaqlara məktəbə başlamağı anlatma işini daha əvvəldən etmələri lazımdır. Son həftəyə saxlanması istənilən nəticəni verməyəcək. Bir uşaq normal şərtlərdə, özü məktəbə getmədiyi halda məktəbə gedən uşaq gördüyü üçün, ruhi olaraq 3-4 yaşlarından etibarən məktəb gerçəyiylə tanış olar. Anasıyla gəzməyə gedərkən, əlində çanta daşıyan şagirdlər görər və soruşar: “Ana, bunlar nə edirlər?” deyə. Anadan iki cür cavab verilə bilər.  “Nə olsun məktəbə gedirlər. Sən də gedincə, görərsən gününü! Artıq müəllimlər var. Baxaq, mənə etdiyin kimi müəlliminə də ərköyünlük edə biləcəksənmi? Görüm, evi viran oydugun kimi oranı da dağıda biləcəksənmi? Nə yaxşı olar, yaşın çatsın, dərhal getsən, azca adam etsələr səni … Yeri, yeri… ətrafına baxıb durma, avtomobillər gəlir … Tez ol … “. Digər cavab isə,  “Məktəbə gedirlər, cannımmm… Oxumağı yazmağı öyrənirlər. Sənə gecələri nağıl oxuyuram ha,  məktəbə gedincə, sən özün oxuya biləcəksən. Artıq şirin oğlum özü mənə nağıl oxuyacaq.  Yeni oyun yoldaşların olacaq. Müəllimin sənə bir çox gözəl şeylər öyrədəcək. Sən də evə gəlincə, tapşırıqlarını edərkən mənə izah edərsən öyrəndiklərini, yaxşımı? Bax, indidən maraqlandım. Çox gözəl çanta alırıq sənə kitablarını qoymaq üçün, rəng rəng boyalar … ” . yəni deyimlərin tərzi önəmlidir. Məktəbi sevdirən, məktəblə əlaqədar gözəl və maraqlı cavablar verən ailələr bu vəzifəni layiqincə yerinə yetirirlər. “Məktəbə get də, bir az başım dincəlsin” və ya “mənim sözümü eşitmirsən, get, qoy bir gözəl xəttə gətirsin, səni müəllimin” ədasıyla məktəb təbliğatı edən ailələr bu imtahanı başdan itirər. Məktəbin açılmasına saylı günlər qalanda, ailələr ikinci ananın cavabını versələr, birlikdə məktəb mübadiləsi edib sevinc içində evə dönərlər…

Uşağın ənənəvi ev şəraitindən yeni kollektivə adaptasiya olmasında pedaqoqun vəzifələri hansılardır?

– Şagirdi tanımaq, onun şəxsi xüsusiyyətlərini, maraq və bacarıqlarının fərqində olmaq, bu istiqamətdə uşağa uyğun  xüsusi davranışlara riayət etmək. Şagirdin özünə hədəflər qoymasından liderlik etmək, bu hədəflərə çatmaq üçün plan qurması üçün bilməsi olan mövzusuda istiqamətləndirmək, öz başına edə bildikləri və ya edəcəyinə güvəndiyini hiss etdirmək. Hər kəlmə başı “sənə inanıram”, “bu sənin kimi bacariqlı şagird üçün heç nədir” “sən bunu harda öyrənmisən, belə, bizə də öyrət” kimi ifadələrdən istifadə etməlidir.  Səhvlərin və ya müvəffəqiyyətsizlikləri öhdəsindən gəlməsinə onu inandırmaq.  Məktəbdə yaşanan problemlərin həllində,  valideynlə birlikdə hərəkət edərək, əməkdaşlığa açıq olmaq. O zaman məktəbə adaptasiya tezləşəcək.

– Uğurlu  şagird formulası üçün nələr vacibdir?

– Uğurlu şagird formulası bəzi faktorların bir araya gəlmələri nəticəsində yaranır.  Müvəffəqiyyət üçün, yalnız şagird məsul deyil. Bu uğur şagirdin, müəllimin və  valideynin birgə hərəkət etməsiylə qazanıla bilər. Müvəffəqiyyətin üçayaqlı sacayağı olduğunu fərz etsək, bu ayaqlar bunlardır. Müəllim nə qədər məşğul olmazsa, şagird və valideyni dəstək verməzsə, uğur təmin edilə bilməz.  Fransızlar deyir ki,  “Bir atı zorla suya apara bilərsiniz, lakin zorla su içirəməzsiniz” . Bu söz şagirdin uğurunda aslan payına sahib olduğu gerçəyinə yaxşı  nümunədir. Motivasiya saxlanmadığında, şagirddən hər hansı ugur gözləmək əbəsdir.  Şağırd  məlumatlandırılmalı, hədəfdən xəbərdar edilməli, o dərsin sonunda qazanacaqlarını əvvəldən bilməlidir. Beləliklə, şagirdin dərsi dinləmək üçün bir səbəbi,  marağı, istəyi olacaq. Dərsi bütün diqqətini verərək dinləməsini təmin ediləcək. Dərs dinləyən  şagird, onsuz da uğura gedən yolda böyük addım atmış deməkdir. Şagirdin dərsə qatılması da lazımdır.  Bu zaman uğur dərsin mərkəzində müəllimin deyil, şagirdin olmasını istər. Çünki araşdırmalara görə şagirdlər; oxuduqlarının 10, eşitdiklərinin 20, gördüklərinin 30, görüb eşitdiklərinin 50, söylədiklərinin 70, edib söylədiklərinin isə 90 faizini xatırlayar. Bu da, o,  deməkdir ki, şagird nə qədər mövzunun içərisinə çəkilsə, öyrənmə o qədər təsirli olur. Uğurlu şagird formulasında müəllimin istifadə etdiyi üsullar də əhəmiyyətlidir. İstiqamətləndirici yanaşmaya görə, dialoq üsulun istifadə edilməsinə ağırlıq verilməlidir. Dialoqun təhsildə istifadə edilməsi ilə əlaqədar bütün dünyada işlər aparılır. Müəllimlər drama üsulunu nə qədər çox seçərsə,  şagirdin həmin dərsi öyrənmə nisbətləri də o ölçüdə artacaq. Çünki günümüzün ən böyük problemi ünsiyyət qurmaqdaki çəkdiyimizdir. Əgər ünsiyyətsizliyi yox edə bilsək, şagird anlaşmazlıqlarını danışaraq, həll edə bilər. Bu sayədə yaşanması istənməyən dadsız müzakirələrə fürsət verilməmiş olar. Bunların xaricində stansiya metoddan də müasir təhsildə istifadə edilməsi təklif edilən yöntemlerdendir. “Başqası tərəfindən edilmiş bir işə davam etmə” təməlinə söykənən stansiya üsulu ilə, şagirdlər bir işə davam edə bilmə qabiliyyətini inkişaf etdirər. Yox etmə deyil, qoruyub davam etdirmə məqsədi daşıyan stansiya üsulunun da istifadə etmək tövsiyə olunur. Valideynlərin də şagird uğurunu artırmada əhəmiyyətli rolu var. Onlar da, şagirdlərinin müvəffəqiyyətləriylə birbaşa mraqlanmalıdırlar. “Müəllimin vəzifəsidir” deyə  düşüncəsiylə, şagirdlərinə kafi dəstəyi verməyənlərin övladları da, həmişə  sacayağının bie tərəfindən məhrum olacaqlar. Valideyn müəllimlə davamlı olaraq əməkdaşlıq etməli, şagird evə gəldiyində, mütləq gününün necə keçdiyini, o gün nələr etdiyini soruşmalıdır. Yığıncaqlara qatılıb, müəllimin sinif ilə əlaqədar problemlərini dinləməli və bu problemləri birlikdə həll etmək üçün müəllimə kömək etməlidir. Valideynin bu əlaqəsi, şagirdi də daha çox işə yönəldəcək. Çünki biləcək ki, valideyni məktəblə davamlı əlaqə saxlayır. Bütün bu faktorlar birləşdiyində, şagirdin uğuru qaçınılmaz olaraq artacaq. Şagird-müəllim-valideyn üçlüyünün birlikdə göstərəcəyi performans, yuxarıda da izah edildiyi üzrə ugurun təməl açarıdır.

Gülnaz Qənbərli

Gununsesi.info