Almazbek Atambayevin məhkəməsi təxirə salındı

  • By admin
  • 06 Dekabr 2019 12:26

Qırğızıstanın həbsdə olan eks-prezidenti Almazbek Atambayevin məhkəməsi təxirə salınıb.

Gununsesi.org Russian.rt-yə istinadən xəbər verir ki, səbəb olaraq cinayət işinə baxan hakimin xəstələnməsi göstərilir.

Məlumatı keçmiş dövlət başçısının müşaviri olmuş Gündüz Joldubayev verib. O bildirib ki, növbəti məhkəmə prosesinin vaxtı açıqlanmayıb.

Xatırladaq ki, Qırğızıstan Respublikasının sabiq prezidenti Almazbek Atambayev məhkəmə qərarı ilə 2019-cu il avqustunda həbs olunub.

Gununsesi.org