Almeyda Azərbaycan millisində?

  • By admin
  • 29 Dekabr 2016 20:20

77594

 

“Qarabağ”ın futbolçusu Riçard Almeyda gələn ildən Azərbaycan millisində oynaya bilər”.

Qol.az-ın xəbərinə görə, bunu “Qafqazinfo.az”a açıqlamasında AFFA-nın baş katibi Elxan Mәmmәdov deyib.

O, yanvarda braziliyalı yarımmüdafiəçi ilə  görüş olacağını bildirib: “Bildiyiniz kimi, Almeyda artıq 4 il yarımdır ki, Azərbaycandadır. Gələn ilin iyununda onun ölkəmizdə 5 ili tamam olacaq. Yanvardakı görüş zamanı Riçarda millimizdə oynamağı təklif edəcəyik. Əgər razılıq əldə olunsa, Almeyda iyun ayından etibarən Azərbaycan yığmasının formasını geyinəcək”.

Elxan Məmmədov onu da qeyd edib ki, Almeyda ilə ilkin razılıq əldə olunub.

Gununsesi.info