Türkiyənin ilk astronavtı Alper Gezeravcı İstanbulun fotosunu paylaşıb.
Gununsesi.info xəbər verir ki, o, fotonu sosial media hesabında yayıb. “Kosmoson sonsuz dərinliklərindən İstanbulu seyr etmək… Köksümü qabardan, gözlərimi dolduran an idi”, – deyə o qeyd edib.
Aralarında Gezeravcının da olduğu Ax-3 ekipajını daşıyan “Dragon” kapsulu NASA-nın Florida ştatındakı Kennede Kosmik Mərkəzindən 18 Yanvar yerli vaxtla 16.49-da uğurla orbitə buraxılıb. Səyahəti təxminən 36 saat davam edən Ax-3 ekipajı yanvarın 20-də ISS-ə çatıb.
Ax-3 komandası kosmosda 21 gün qaldıqdan sonra fevralın 7-də yerli vaxtla saat 17.20-də Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.
Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Axiom-3 komandasını daşıyan “Dragon” kapsulu təxminən 48 saat səyahət edib. Səyahətdən sonra o, ABŞ-ın Florida ştatının sahillərində okeana enib.
Gununsesi.info