Altı güləşçimiz Olimpiadaya vəsiqə üçün mübarizəyə başlayır

Bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.

Gununsesi.info xəbər verir ki, Azərbaycanın altı yunan-Roma güləşçisi də Olimpiadaya vəsiqə qazanmaq üçün yarışacaq.

HTML tutorial

60 kq
1/8 final. Murad Məmmədov – Yustas Petraviçyus (Litva)

67 kq
Təsnifat. İslambəy Dadov – Mihay Mihut (Rumıniya)

77 kq
1/8 final. Sənan Süleymanov – Aleksandrin Qutu (Moldova)

87 kq
1/8 final. İslam Abbasov – Şimon Şimonoviç (Polşa) / Daniel Aleksandrov (Bolqarıstan)

97 kq
1/8 final. Murad Lokyayev – Laokratis Kesidis (Yunanıstan)

130 kq
1/8 final. Beka Kandelaki – Aleksandros Papadatos (Yunanıstan)

Qeyd edək ki, görüşlərə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. Finala vəsiqə qazanan idmançılar Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Gununsesi.info