Altı ictimai iaşə müəssisəsində nöqsan aşkarlandı

  • By admin
  • 04 Fevral 2021 19:34

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində monitorinqlər davam edir.

AQTA-dan Gununsesi.info-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 1-3 fevralda AQTA əməkdaşları tərəfindən ölkə üzrə 1328 ictimai iaşə obyektində 2165 monitorinq həyata keçirilib.

Monitorinq həyata keçirilən ictimai iaşə müəssisələrindən 6-da nöqsan aşkarlanıb.

– Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov ev.5 ünvanında yerləşən fiziki şəxs Haqverdiyev Samir Təşkilat oğluna məxsus pub

– Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç.ev 29/44 ünvanında yerləşən fiziki şəxs Adıgözəlov Amid Xudakərim oğluna məxsus dönər evi

– Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ruhulla Axundov ev.2 ünvanında yerləşən fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus pub

– Bakı şəhəri, Sabunçu rayonu, M.Fətəliyev 38 ünvanında yerləşən fiziki şəxs Yaqubov Bəxtiyar Vəli oğluna məxsus “Smak” kafesi

– Bakı şəhəri, Səbail rayonu‎, M.Dilbazi dön 7, qapı 2 ünvanında yerləşən fiziki şəxs Sadıqova Firuzə Məmmədhüseyn qızına məxsus kafe

– Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən fiziki şəxs Ələkbərov Seymur Ramiz oğluna məxsus “Xəmsə” restoranı

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Gununsesi.info