“Altılı Masa” “Millət İttifaqı”na çevrildi

  • By admin
  • 27 Yanvar 2023 09:32

Dünən Türkiyənin əsas siyasi qüvvələrini özündə cəmləşdirən “Altılı Masa” liderləri tarixi toplantı keçirib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İYİ Partiya sədri Meral Akşenerin ev sahibliyi etdiyi “Altılı Masa” yığıncağında seçki ittifaqı qərarı və adı bəlli olub.

HTML tutorial

Əldə edilən məlumata görə, liderlər yaxın günlərdə ikitərəfli danışıqlar aparmaq və fevralın 13-də keçiriləcək görüşdə prezidentliyə namizədin açıqlanması barədə razılığa gəliblər.

Prezident Rəcəb Tayyib Ərdoğanın 14 may 1950-ci ildə “Söz yetər, millətin” şüarı ilə seçki günü elan etməsindən ilhamlanan “Altılı  Masa” 2023-cü il seçkilərinə “Millət İttifaqı” adı ilə girməyə qərar verib. i.

BBC Türkcəyə danışan mənbə Ərdoğanın 14 May tarixinə işarə edərək “Bəsdir, söz millətindir” şüarını alyansın adına aydınlıq gətirmək üçün onlara verilən “qol keçidi” kimi qiymətləndirib.

Birgə açıqlamada növbəti toplantının fevralın 13-də Səadət Partiyasının sədri Təməl Karamollaoğlunun ev sahibliyi edəcəyi bildirilib.

 

Tərcümə:

Elmar