Altmış yeddi yaşlı qadının gözlərindən 27 kontakt linza çıxarıldı - ŞOK

  • By admin
  • 25 İyul 2017 20:10

linza

İngiltərənin Solihal Xəstəxanasının cərrahları katarakta cərrahiyyəsi üçün müraciət etmiş 67 yaşlı qadının gözlərindən əməliyyat zamanı 27 kontakt linza çıxarıblar.

Gununsesi.info “bbc.com” saytına istinadla xəbər verir ki, 35 ildir linzadan istifadə etdiyini söyləyən qadın bu vaxtadək gözlərində heç bir qıcıqlanmanın olmadığını deyib. O, linzaların cərrahi üsulla çıxarılmasından sonra gözlərindəki müsbət dəyişikliyi hiss etdiyini bildirib.

Oftalmoloqlar əvvəllər bu cür hadisə ilə qarşılaşmadıqlarını söyləyiblər. Onları ən çox təəccübləndirən yaşlı qadının bu vaxtadək gözündə ağrı və ya hər hansı rahatsızlıq hiss etməməsi olub.

Gununsesi.info