Altsheymer xəstəliyinin çarəsi tapıldı

  • By admin
  • 06 Noyabr 2019 10:50

Çində Altsheymer xəstəliyinin qarşısını alacaq dərman hazırlanıb.

Gununsesi.org xəbər verir ki, “Olıgomannate” adlı preparat Çində istehsal olunacaq və Altsheymer xəstələri üçün satışa buraxılacaq ilk dərman olacaq.

Çinli alimlərin dediklərinə görə, dərman vəziyyətləri orta və yüngül səviyyədə olan xəstələrə təsir edəcək.

Yosun tərkibli bu dərmanın dörd həftə ərzində effekt verəcəyi bildirilib.

Xatırladaq ki, 20 ildir bu xəstəliyinin müalicə üsulu tapılmayıb.

Dərmanın satışına icazə verən dövlət qurumu xəstələrin müsbət nəticə görməyəcəkləri təqdirdə dərmanın satışdan yığışdırılacağını və istehsalın dayandırılacağını bildirib. / oxu.az