Altun Mətləboğlu “Üç badam bir qoz”un xanım qəhrəmanlarının pulunu vermir - VİDEO 

  • By admin
  • 11 Aprel 2017 12:45

3 badam 1 qoz

“Üç badam bir qoz”un xanım qəhrəmanları Cəmilə Tağızadə, Sevinc Şirinova və Mila Əminənin filmin prodüseri haqqında səsləndirdiyi ittihamlara qarşı tərəfdən cavab gəlib. 

Gununsesi.info xəbər verir ki, Altun Mətləboğlu “Qafqazinfo”ya açıqlama verərək aktrisalara yalnız bir günün pulunun ödənilmədiyini bildirib.

Prodüser deyib ki, kinoteatrdan onların balansına pul hələ də keçirilməyib: “Xanımların pulu çatıb, sadəcə olaraq bir günlərinin pulu qalıb. Həmin o bir günü çəkiliş olmamışdı. Düzdü, çəkiliş oldu-olmadı fərq etmir. Onlar işdə olublarsa, pulu ödənilməlidir. Biz dostcasına işləyirdik. Xanımlarla danışmışdıq ki, imkansızlıqdır, pul yoxdur. Bir gün də çəkiliş olmayıb, necə edək? Onlardan səhv etmirəmsə, ikisi cavab vermişdi ki, halal xoşun olsun, ödəməsən də olar.

Amma indi mənim haqqımda şikayət edirlər. Həmin o bir günün pulu ödənilməyib. Bizim komandanın üzvləri, aktyorların hamısı bilir ki, kassadan bizə pul verilməyib. Onlar kassanı gözləsinlər, həmin bir günün pulunu boğazımdan kəsib ödəyərəm, bu pul onların haqlarıdır. Bu məsələyə inanmırlarsa, “Cinema plus”un direktoru Cəfər müəllimlə əlaqə saxlasınlar.

Cəfər müəllim sizə də təsdiqləyə bilər ki, kassadan bizə pul köçürülməyib. Eybi olmaz, onların özləri də bilirdilər ki, biz nə vəziyyətlə, hansı büdcəylə filmi ərsəyə gətirmişik. Kinonu kolbasa çörəklə çəkmişik. Filmin dəstəyi olur, bizə isə heç bir dəstək olmadı. Amma sağ olsunlar, Moskvadan qardaşlarımız yardımçı oldular”.

Gununsesi.info