Alyaska həyəcan içində - SON 3 SAATDA 7 ZƏLZƏLƏ

  • By admin
  • 27 Yanvar 2018 19:30

ABŞ-ın Alyaska ştatında yanvarın 23-də baş vermiş Rixter cədvəli üzrə 8.2 bal gücündə zəlzələdən sonra afterşoklar səngimək bitmir.

Gununsesi.info xəbər verir ki, təkanlar Sakit okeanda qeydə alınıb.

Seysemologiya Xidməti son 3 saat ərzində 7 afterşik qeydə alınması barədə məlumat yayıb. Məlumata görə, təkanların ən zəifi 3, ən güclüsü isə 4,4 bal gücündə baş verib.

Sunami təhlükəsi barədə xəbərdarlıq verilməyib.

Hələlik hər hansı itki və ya fəsadlar barədə məlumat verilməyib.

Gununsesi.info