
“Bunlar-ermənilər qədər saxta, komplekssiz varllq tanımıram. Ötən ilin aprelində havadarlarıını ayağa qaldırdılar ki, tükənirlər, döyüşlər dayandırılsın. Aradan bir neçə gün keçəndən sonra dedilər ki, guya döyüşlər dayandırılmasaymış bunlar Kürə kimi gəlib çıxa bilərlərmiş”.
Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, indi də bir sürü hərbiçilərinin Azərbaycan ordusunun zərbəsinə tuş gəldiyini təsdiqləyirlər. Başqa yolları da yoxdur, bunun görüntüləri var.
O, deyib ki, aydın görünür ki, ordumuz bir neçə hərbi texnika və onlarla hayın toplaşdığı yerə zərbə endirir. Endirilən zərbənin hərbi texnikalarını sıradan çıxardığını etiraf edirlər.
“Ancaq şəxsi heyətə gəldikdə guya cəmisi 3 nəfərləri yaralanıbmış. Saxtakarlığı görürsünüz? Deməli onlarla hərbiçi və bir neçə hərbi texnikaya raket zərbəsi endirilir, rusun texnikası sıradan çıxır, haylardan isə cəmisi 3 nəfər yaralanır. Aman Allahım, bunlar dəmirdən də möhkəm imişlər ki…”-deyə, millət vəkili sözlərinə əlavə edib.
KAMİL
Gununsesi.info