Amansız hakim xəstəxanaya yerləşdirildi

  • By admin
  • 27 Sentyabr 2017 16:18

enver

Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidov yenidən xəstəxanaya düşüb.

Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, sentyabrın 25-də hakimin səhhəti qəfil pisləşib. Bu səbəbdən də Ə.Seyidov Mərkəzi Neftçilər Xəstəxanasının ümumi reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxandan Modern.az-a faktı təsdiq ediblər. Bildirilib ki, Ənvər Seyidov xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub:

“Gəldiyi günə nisbətən vəziyyəti sabitləşib, həyati təhlükəsi yoxdur. Üzərində cərrahiyyə əməliyyatı edilməyib”.

Xatırladaq ki, 67 yaşlı Ənvər Seyidov 2016-cı ilin dekabrın 6-da hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Təcrübəli həkimlərin müdaxiləsindən sonra hakimin vəziyyətini stabilləşdirmək mümkün olmuşdu. Ənvər Seyidovun fəaliyyətinə ictimaiyyətdə birmənalı münasibət olmadığından, onunla bağlı olay gündəmin diqqətçəkən hadisəsinə çevirilmiş, sosial şəbəkələrdə müzakirələr açılmışdı. Xəstəxanadan çıxdıqdan sonra Ə.Seyidov hökm oxumağa davam edirdi.

Gununsesi.info