
Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi, hüquq elmləri namizədi, dosent Ənvər Seyidov yenidən iş başındadır.
Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsindən Gununsesi.info-ya verilən məlumata görə, hakim artıq bir neçə gündür ki, işə çıxır.
Hətta yanvar ayının 30-da sürücüyə qarşı quldurluqda təqsirləndirilən Vüsal Məsməliyev, Həsən Qasımov və Həbib Xalıqovun məhkəmə prosesinə sədrlik edib, onlara hökm oxuyub.
Hakimlər kollegiyasının hökmünə əsasən təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 67 yaşlı Ənvər Seyidov 2016-cı ilin dekabrın 6-da hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Təcrübəli həkimlərin müdaxiləsindən sonra hakimin vəziyyətini stabilləşdirmək mükün olmuşdu.
Ənvər Seyidovun fəaliyyətinə ictimaiyyətdə birmənalı münasibət olmadığından, onunla bağlı olay gündəmin diqqətçəkən hadisəsinə çevirilmiş, sosial şəbəkələrdə müzakirələr açılmışdı.
Gununsesi.info