“AMEA rəhbərliyi institut direktoru barədə ciddi ölçü götürəcək” - ƏFLATUN AMAŞOV

  • By admin
  • 30 Mart 2018 17:42

“Kütləvi informasiya vasitələrində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsinə dair məlumatlar yayılıb. Mən şəxsən hadisənin təfərrüratları, necə və hansı şəraitdə baş verməsinə dair dəqiq bilgiyə malik deyiləm. Ancaq hər bir halda hesab edirəm ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist Ramiz Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu, bir elm adamı üçün qətiyyən yolverilməzdir, qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir”.

Gununsesi.info-nun məlumatına  görə, bunu Mətbuat Şurasının Şurasının sədri Əflatun Amaşov bildirib.

O əminliklə bildirib ki, Milli Elmlər Akademiyasının rəhbərliyi bununla bağlı ciddi ölçü götürəcək.

Gununsesi.info