
Hollivudun iki məşhur aktyoru- Uill Smit və Leonardo DiKaprio xeyriyyə kampaniyasına strat veriblər. Gununsesi.org xəbər verir ki, DiKaprionun sahib olduğu “Allbirds” adlı ayaqqabı markası ilə Smitin “Just” su şirkəti bir araya gələrək iki növ özəl ayaqqabılar istehsal ediblər.
Hər iki brend ayaqqabının tərkibinin təbii maddələrdən ibarət olduğunu açıqlayıb. Xüsusi ayaqqabılar onlayn satışa çıxarılıb. Qadınlar üçün 95, kişilər üçün isə 115 dollardır. Satışdan əldə olunan gəlir Amazon meşələrinin yanğından mühafizəsi üçün xərclənəcək.
“Qorumağımızın vacib olduğu bir torpaq və bir də ana var. Ən böyük oksigen hovuzumuz olan Braziliya Amazonları bir aydır yanır. Biz öz dəstəyimizi göstərməliyik”- deyə Uill mətbuata açıqlamasında bildirib.
Qeyd edək ki, Leonardo Amazon üçün 5 milyon dollar da ayırmışdı.
Gununsesi.org