“Amazon”-un onlayn xidmətlərində problem yarandı

Bəzi ölkələrdən olan istifadəçilər “Amazon” korporasiyasının onlayn xidmətlərinin işində problem olduğunu bildiriblər.

Gununsesi.info xəbər verir ki, bu “Downdetector” xidmətinin məlumatlarında əks olunub.

HTML tutorial

Bildirilir ki, problem “Amazon”-un bulud hesablamaları sahəsində xidmətlər göstərən bölməsi olan Amazon Web Services-in işində qeydə alınıb.

“Amazon”-un Twitch axın saytının istifadəçiləri də problemlər barədə məlumat veriblər. Şirkətin onlayn mağazasının işində də problemlər yaşanıb. Ən çox şikayət ABŞ-dakı istifadəçilərdən gəlib. Hindistan, Almaniya, Böyük Britaniya və Kanada da qəzalar barədə məlumat verib.

Gununsesi.info