AMB builki inflyasiya proqnozunu azaldıb

  • By admin
  • 18 Sentyabr 2020 14:09

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu il üzrə inflyasiya proqnozunu azaltma istiqamətində korrektə edib.

Gununsesi.info-nun AMB-ə istinadən verdiyi məlumata görə bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olub. Sentyabrda yenilənmiş proqnozlara görə 2020-ci ilin sonuna inflyasiya 3-3,2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

Qeyd edək ki, zəif məcmu tələb şəraitində rəsmi statistikaya görə, avqust ayında qiymətlər 0,2% azalıb, illik inflyasiya isə 2,8% təşkil edib. Aylıq deflyasiya əsasən ərzağın ucuzlaşması hesabına baş verib. Mövsümi amillərin də təsiri ilə avqustda ərzaq qiymətlər isə 0,5% aşağı düşüb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri isə inersiyon olaraq dəyişməyib. Ümumilikdə, faktiki inflyasiyanın dinamikası proqnozlara uyğun olub.  

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 2,9% təşkil edib.

 

Gununsesi.info