
Elmi müəssisələrdə çalışan sıravi əməkdaşlar və fəlsəfə doktorları üçün nisbətən yuxarı yaş həddi (məsələn, 65-70 və 70-75) müəyyən edilə bilər.
Gununsesi.info Report-a istinadən xəbər verir ki, bununla bağlı AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev təkliflə çıxış edib.
O qeyd edib ki, müstəsna hallarda işçilərin ümumi sayının müəyyən faizindən çox olmamaq şərtilə 1 illik müqavilə ilə işə cəlb etmək hüquqi verilməlidir:
“Elmlər doktorları üçün yaş həddi fəlsəfə doktorlarına nisbətən daha yuxarı ola bilər. Eyni zamanda elmi işçilərin təqaüd təminatı bir qədər də yaxşılaşdırılmalıdır”.
Gununsesi.info