Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin elan etdiyi müsabiqə yekunlaşıb.
Gununsesi.info-nun elektron dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, müsabiqənin qalibi “Azəraqrartikinti” ASC olub.
Müsabiqə üzrə şirkətə AMEA-nın Sumqayıt şəhərində Polimer Materialları İnstitutunun binasında yarımçıq qalmış təmir işlərinin davam etdirilməsi həvalə olunub.
Belə ki, şirkət tərəfindən cari işlərin aparılmasına 1 milyon 499,4 min manat sərf ediləcək.
Gununsesi.info