AMEA-da iki şöbə birləşdirildi - Yeni təyinatlar

  • By admin
  • 13 Yanvar 2022 13:13

AMEA-da iki şöbə birləşdirilib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Qərara əsasən, Rəyasət Heyəti aparatının Kadrlar və Daxili audit və nəzarət şöbələri birləşdirilib və Birinci Qarabağ müharibəsi iştirakçısı Natiq Mehdiyev həmin şöbənin, İqbal Qəhrəmanov isə Xüsusi şöbənin müdiri təyin olunublar.

İclasda, həmçinin 2022-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-təşkilati tədbirlərin planı təsdiqlənib.

Gununsesi.info