AMEA-da prezident seçkilərinin vaxtı bilindi

  • By admin
  • 17 Fevral 2022 17:25

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək.

Gununsesi.info-nun Vesti.az-a istinadla məlumatına görə, ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.

AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir.

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

 

Gununsesi.info