“Bəzi kütləvi informasiya vasitələrində AMEA-nın növbədənkənar Ümumi Yığıncağının çağırılması üçün Təşəbbüs Qrupunun yaradılmasına dair məlumatlar yayılıb. AMEA Rəyasət Heyətinin mətbuat xidməti bildirir ki, AMEA-nın növbədənkənar Ümumi Yığıncağının çağırılması üçün Təşəbbüs Qrupunun yaradılmasına dair yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Gununsesi.info xəbər verir ki, bu açıqlama ilə AMEA Rəyasət Heyətinin mətbuat xidməti çıxış edib.
Bildirilib ki, Akademiyada belə bir qrup yaradılmır.
“AMEA-nın Nizamnaməsinə uyğun olaraq bütün önəmli qərarlar AMEA-nın Ümumi Yığıncağında qəbul olunur və zərurət hallarında ölkə başçısı, prezident İlham Əliyev tərəfindən təsdiqlənir”.
Gununsesi.info