AMEA işçisi: “Evimi başıma uçururlar” -ŞİKAYƏT

  • By admin
  • 26 May 2016 12:41

EV

Azərbaycan Milli Elmlər Akademiyasının işçisi İlhamə Kərimova mülkiyyət hüquqlarının pozulması ilə bağlı gununsesi.info-ya şikayət edib. Şikayətdə deyilir: “Mən Yasamal rayonu, Abdulla Şaiq küç. 157 ünvanında baş verən qeyri-qanuni söküntü ilə əlaqədar Sizə müraciət edirəm. Akademiyada elmi işçiyəm. Işdə olarkən qonşularım mənə zəng edib buldozerlə evimin damıni sökürlər. Təcili işdən evə gəldim, Bu saat evimdən çıxmıram ki, onu sökə bilməsinlər. Hal-hazirda arxa hissəni dağıdırlar, ev titrəyir. Bildirmək istərdim ki, hazırda evimlə bağlı məhkəmə işi gedir. Mən köcməyə etiraz etmirəm. Iki otaqli evimin əvəzindən ev istəyirəm.

Azərbaycan vətəndaşının Konstitusiya hüquqlarının pozulmasını əlaqədar orqanlara çatdırmaq üçün təcili kömək göstərməyinizi, düşdüyüm vəziyyəti mətbuatda işıqlandırmağınızı xahiş edirəm.