AMEA-nın 15 əməkdaşı koronavirusa yoluxub

  • By arzu
  • 18 İyun 2020 18:49

“AMEA-nın 12 təşkilatında ümumilikdə 15 nəfər  koronavirusa yoluxub”.

Gununsesi.org xəbər verir ki, bu barədə APA-ya AMEA-nın akademik katibi Əminağa Sadıqov məlumat verib.

O bildirib ki, onlardan karantin xəstəxanalarına yerləşdirilənlər var. “Onlardan ən yaşlısı 1949-cu il, ən gənci isə 1979-cu il təvəllüdlüdür”, – deyə o əlavə edib.

Gununsesi.org