AMEA-nın keçmiş prezidenti Gömrük Komitəsindən ŞİKAYƏTLƏNDİ

  • By admin
  • 27 Aprel 2022 14:12

“Azərbaycan elminin inkişaf strategiyası hazırlanmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu akademik Akif Əlizadə deyib.

“Sanki 2015-ci ildən sonra inkişaf strategiyası dayanıb. Cihazların alınmasında çətinliklər var. Biz Dövlət Gömrük Komitəsi ilə problemlər yaşayırıq. Həmin cihazlar gömrük rüsumundan azad edilməlidir. Çünki bəzən cihazın qiymətindən 40 faiz artıq rüsum veririk. Yəni, elmin inkişafı üçün cihazların alınmasında çətinliklər çəkirik”, – o, əlavə edib.

Gununsesi.info