AMEA Ramiz Mehdiyevin işə silahlı mühafizə ilə gəlməsini təsdiqlədi

  • By admin
  • 09 Fevral 2022 17:08

Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanovun qurumun prezidenti Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsi və onun üçün Rəyasət Heyətinin yerləşdiyi tarixi binada özəl lift quraşdırması ilə bağlı fikirlərinə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, binada lift Ramiz Mehdiyev prezident seçilməzdən əvvəl quraşdırılıb:

HTML tutorial

Bundan başqa, prezidentin silahlanmış şəxslərlə işə gəlməsi məsələsinə gəldikdə, AMEA-dan bildirilib ki, mühafizə dövlət tərəfindən ayrılıb: “Yəni, o, özü üçün xüsusi mühafizə xidməti saxlamır”.

Məlumat üçün bildirək ki, Misir Mərdanovun mətbuatda dərc olunan məqaləsində Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəldiyini iddia edib. O, həmçinin bu səbəbdən heç kəsin ona yaxınlaşıb dərdini demək şansının olmadığını əlavə edib. Eyni zamanda bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstuksiyasına kobud müdaxilə edildiyini, üçüncü mərtəbəyə qalxa bilməyən AMEA prezidenti üçün xüsusi lift quraşdırıldığını vurğulayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev 2019-cu ildən AMEA-nın prezidentidir.

 

 

Gununsesi.info