AMEA-ya yeni mətbuat katibi təyin olunub - FOTO

  • By admin
  • 03 Fevral 2022 14:26

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) yeni mətbuat katibi təyin olunub.

Gununsesi.info-nun məlumatına görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyilə keçirilən iclasda bir sıra məsələlər müzakirə olunub.

AMEA Rəyasət Heyəti Aparatının ştat strukturunda qismən dəyişiklik edilib. Rəyasət Heyətinin qərarı ilə Azadə Balayeva AMEA Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki. Azadə Balayeva bundan əvvəl “525-ci qəzet”də, ANS, “Space”, “İnterAz” telekanallarında, “MedıaTürk” internet televiziyasında çalışıb.

Gununsesi.info