
Amerika yaxın 10 il içində nüvə fuziyası (qaynaşan elementlərin nüvə reaksiyası nəticəsində birləşməsi) sisteminə keçəcək. Bu barədə Amerika iqtidarı mövcud planlar hazırlayır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın Enerji Naziri Cenifer Qranholm ölkəsinin 10 il içində nüvə fuziyası ilə enerji emal edən bir təsis qurmağı hədəflədiyini vurğulayıb.
Qranholm Beynəlxalq Enerji Agentliyinin 67-ci Ümumi Toplantısı üçün getdiyi Avstraliyanın paytaxtı Vyanada AP-yə verdiyi açıqlamada Amerikanın təmiz enerjiyə keçid prosesində nüvə fuziyası texnologiyasından yararlanmaq istədiyini və 10 il içində ölkədə bir nüvə təsisi qurmaq istədiyini bildirib.
Vaşinqtonun ticari nüvə baxışına çatmaq ehtimalı daxilində olduğunu söyləyən Qranholm digər tərəfdən, hazırdakı nüvə fiziyası (parçalanma) təsislərində açıqda olan radioaktiv tullantıların depolanması mövzusunda hökumətin ölkə çapında keçici depolama sahələrinə ev sahibliyi etməyi qəbul edə biləcək icmaları bəlli etmək üçün iş başlatdığını vurğulayıb.
Nazir Co Bayden iqtidarının oktyabr ayında 8 milyard dollarlıq bir hidrogen mərkəzi proqramına dair detalları açıqlaya biləcəyini dilə gətirərək təmiz hidrogenin kilosunun 10 il içində 1 dollara endirməyi istədiklərini deyib.
NÜVƏ FUZİYASI NƏDİR?
Hazırda nüvə reaktorları nüvə parçalanması (fiziya) deyilən və ağır elementin atomlarının parçalanaraq yüngül elementlərə döndərilməsində açığa çıxan enerji ilə çalışır.
Nüvə fuziyası nüvə qaynaşması, ya da qısaca fuziya – İki yumşaq elementin nüvə reaksiyaları nəticəsində birləşərək daha ağır bir element yaratmasıdır.
Tərcümə: Arzu