Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndələri Fuad Muradovla görüşüb

  • By admin
  • 14 İyul 2021 17:13

Amerika -Azərbaycan Cəmiyyətinin nümayəndələri Bakıya səfərləri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Komitədən bildirilib ki, görüşdə Amerika-Azərbaycan Cəmiyyətinin gələcək fəaliyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xatırladaq ki, Amerika -Azərbaycan Cəmiyyəti 1957-ci ildə yaradılıb, cəmiyyət Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərir.

Hazırda cəmiyyətə Azərbaycan Demokratik Respublikasının ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir.