Amerika hökuməti hələ bağlı qalacaq

  • By Ayshan
  • 04 Noyabr 2025 22:58

ABŞ Senatında hökuməti maliyyələşdirmək üçün keçirilən 14-cü səsvermə uğursuz olub.

Gununsesi.info-nun məlumatına görə, şatdaunu dayandırmaq üçün təklif olunan qanun layihəsinə 54 senator lehinə, 44 senator əleyhinə səs verib. Beləliklə, Respublikaçılar Partiyasının maliyyələşməni noyabrın 21-nə kimi nəzərdə tutan qanun layihəsi 60 səslik baryeri keçə bilməyib.