Amerika Konqresində qalmaqal: Baydenin mərmər bombası təklifi ortalığı qarışdırdı

  • By admin
  • 08 İyul 2023 12:35

Amerikanın Demokrat Partiyasının üzvləri Betti Mak Kollum və Barbara ABŞ hökumətini tənqid ediblər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, konqres üzvləri Baydenin Ukraynaya mərmər bombası vermə təklifinə yaşıl işıq yandırmasını “qorxunc xəta” adlandırıblar.

Kollum açıqlamasında bu addımın lazımsız olduğunu vurğulayıb.

Mərmər bombasının nəticələrinin “kədər və ölüm” olduğunu vurğulayan Kollum bunları deyib:

“Amerika Vyetnamdakı müharibəsində mərmər bombalarını Laosdan çıxarmaq üçün ildə 10 milyonlarla dollar ödəyir. Çünki bu savaş qalıntıları mülki vətəndaşları öldürməyə və şikəst etməyə davam edir”.

Digər Konqres üzvü Lii isə sosial media hesabında etdiyi açıqlamasında Baydenin Ukraynaya dəstək üçün mərmər bombası verməsi açıqlamasını “narahat verici” adlandırıb.

Onun fikrincə, adıçəkilən bombalar illərlə mülki vətəndaşlar üçün təhlükə yaratmağa davam edəcək.

 

Tərcümə: Arzu

Gununsesi.info