
Amerikanın Müdafiə Nazirliyinin açıqlamasına görə, ABŞ Orta Şərqə yeni döyüş təyyarələri göndərəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yeni hərbi texnikaya döyüş gəmisi, “F-35” və “F-16” reaktiv təyyarələri daxildir.
Amerikanın Müdafiə Nazirliyinin (Pentaqon) açıqlamasına görə, yeni texnikanın göndərilməsində məqsəd Orta Şərqdəki önəmli su yollarını izləməkdir.
Ağ Ev İranın Amerikanın ticarət və nəqliyyat gəmilərində əl qoymasından sonra bu addımı atıb.
Pentaqon sözcüsü Sabrina Sinq jurnalistlərə açıqlamasında belə deyib:
“Pentaqon bölgədəki varlığı ilə yanaşı, Hörmüz Boğazı və mevrəsindəki suları izləmək qabiliyyətini artırır”.
Tərcümə: Arzu