
Amerika Polşaya 12 milyard dollarlıq “helikopter” satacaq.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerikanın Xarici İşlər Nazirliyindən edilən açıqlamada bildirilir.
Nazirlik bildirir ki, 96 ədəd “Apache” helikopteri və buna uyğun cihazlar Varşavaya təslim ediləcək.
Amerikanın Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi yazılı açıqlamada anlaşma üzrə satışın təsdiqləndiyini vurğulayıb.
Qurumun açıqlamasında satış üçün Amerika Konqresində bir təqdimat göndərildiyi qeyd edilir.
Amerika Konqresinin icazəsindən sonra satış gerçəkləşdirilmə mərhələsinə adlaacaq.
Amerika Konqresinin 30 gün boyunca nazirliyin qərarına etiraz etməyəcəyi təqdirdə, satış etiraz olmayacağı durumda, iqtidar satışa icazə verilən ölkə ilə marketinq tərkibi üçün görüşlərə başlayır.
Həmin görüşlərin sonunda Amerika o ölkəyə təklif məktubu verir. Təklifə müsbət cavab aldığı təqdirdə, tədarüklər gerçəkləşdirilir.