Amerika prezidenti polis sistemində islahatlara dair sənəd imzaladı – Bundan sonra…

  • By arzu
  • 17 İyun 2020

ABŞ Prezidenti Donald Tramp bəzi polis islahatları ilə əlaqədar çərşənbə axşamı polis idarələrini “öz icmalarına xidmət etmək üçün ən yüksək peşəkar standartlara uyğunlaşmağa ” təşviq edəcəyini söyləyən bir sərəncam imzalayıb.

“Biz hesabatı inkişaf etdirməli, şəffaflığı artırmalı və polis təhsili, işə qəbul və icma ilə əlaqələrə daha çox vəsait ayırmalıyıq” – deyə, Tramp Ağ Evdəki Qızılgül bağındakı çıxışında bildirib.

Ağ Evin bəyanatında deyilir: “Bu tarixi sərəncam ölkədəki hüquq-mühafizə orqanlarına ən yaxşı təcrübələri tətbiq etmək və xidmət etdikləri icmaları qorumaq üçün lazımi resurslar verir. Həmçinin, işdən ayrılmaları izləmək, cinayət hökmləri tətbiq etmək və mülki qərarlar qəbul etmək üçün yeni milli məlumat bazasından istifadə etmək üçün stimul verir.”

Bundan əlavə, sərəncamda qeyd olunur ki, “polis və sosial işçilər əqli xəstə, asılılığı olan və evsizlərlə insidentlərə reaksiya vermək üçün təlim və digər proqramlara üstünlük verirlər” – deyə, bəyan edilib.

Konqresdə polis üçün daha böyük miqyaslı dəyişikliklər nəzərdən keçirilir.

Senatın Ədliyyə Komitəsi hüquq-mühafizə və vətəndaş hüquqları rəsmilərinin ifadələrini dinləyir.

Senatın respublikaçı əksəriyyəti boğulmanın qadağan edilməsi və polis kameralarının istifadəsini artırmağı ehtiva edən təkliflər paketini hazırlayır.

Senatın əksəriyyət lideri Mitç Makonnel qanunvericiliyi “hüquq-mühafizə sistemində islahatlar üçün ciddi təklif” adlandırıb.

Senatda azlıqların lideri Çak Şumer respublikaçıların səylərinin yetərli olmadığını və “indi cəsarətli və genişmiqyaslı dəyişiklik axtarmağın vaxtıdır” deyib.

Demokratların rəhbərlik etdiyi Nümayəndələr Palatasının özünün paketində kiminsə hüquqlarını pozan məmurlara qarşı mülki məhkəmə iddialarının qaldırılmasını asanlaşdıracaq bir müddəanı bu ay ərzində səsverməyə çıxaracağı gözlənilir.