Amerika: “Putin savaş üçün yardım dilənir”

  • By admin
  • 12 Sentyabr 2023 11:55

Amerikanın Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Yonqla görüşü ilə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirliyin sözcüsü Matteu Miller keçirdiyi mətbuat toplantısında bildirib.

Miller Putin-Yonq görüşünü yaxından izləyəcəklərini bildirib. Miller Rusiya Prezidentinin “G-20” zirvəsinə qatılmamasını “beynəlxalq yadlaşmış adam statusundan” qaynaqlanması ilə izah edib.

“Putinin öz ölkəsinin uzunluğu qədər bir yol qət edərək yadlaşmış bir dövlət yetkilisi ilə görüşünü savaş üçün yardım dilənmək olaraq dəyərləndirirəm”, – deyə Miller açıqlayıb.

Şimali Koreyanın Rusiyaya olası bir silah transferinin BMT Təhlükəsizlik Şurası qərarlarını pozacağını vurğulayan Miller hazırda Rusiya və rəsmi Pxenyana yönələn sanksiyaların olduğunu, lazım gələcəyi durumda, yeni sanksiyaların da tətbiq ediləcəyini dilə gətirib.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Yonq Rusiyaya germək üçün zirehli qatarı ilə bazar günü nahar yeməyindən sonra Pxenyandan ayrıldığını açıqlamışdı.

Ş. Koreya lideri Kim Yonq sonuncu dəfə 2019-cu ildə Rusiyanın Vladivostok şəhərində Putinlə görüşmüşdü.

 

Tərcümə: Arzu

Gununsesi.info