Amerika Qarabağda yaşananlarla bağlı beynəlxalq müşahidəçi missiyası üçün müttəfiqləri ilə çalışacaq.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Dövlət Departamentinin sözcüsü Matteu Miller gündəlik mətbuat toplantısında çıxış edərkən bildirib.
Amerika Beynəlxalq İnkişaf Agentliyinin başçısı Samanta Poverin Azərbaycana səfərindən danışan Miller Azərbaycan yetkililərinə atəşkəsin davamı və insani ehtiyacların qarşılanması üçün mesajlarını çatdırdıqlarını vurğulayıb.
Miller humanitar ehtiyacların həll edilməsindən əmin olmaq üçün Qarabağa beynəlxalq müşahidəçi missiyasının göndərilməsinə Azərbaycanın müsbət yanaşmasından məmnuniyyət duyduqlarını dilə gətirib.
“Qarşıdakı günlərdə bu missiyanın tam olaraq nə şəkildə olacağını detallandırmaq üçün müttəfiqlərimizlə birlikə çalışacağıq. Qarabağda yaşananlarda Moskvanın faydalı bir rol oynadığını düşünmürəm”, – deyə Dövlət Departamentinin sözcüsü Matteu Miller söyləyib.
Tərcümə: Arzu