
Amerika Dağlıq Qarabağda keçirilən qondarma çsekilərlə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Xarici İşlər Nazirliyinin sözcüsü Matteu Miller danışıb.
Miller Azərbaycan və Ermənistanın problemləri dialoq yolu ilə həll etməsini dəstəkləməyə davam edəcəklərinib bildirib.
Amerika rəsmisi Laçın dəhlizinin və Ağdam yolunun açılması ilə bağlı çağırış edib.
“Daha öncə söylədiyimiz kimi, Qarabağ bölgəsini müstəqil dövlət kimi tanımırıq. Buna görə də, sözdə Prezident seçkilərinin nəticələrini tanımırıq”.
Xatırladaq ki, ermənilərin Dağlıq Qarabağda keçiridikləri seçkilərdən sonra Avropa Birliyi, Türkiyə, Rumıniya, Ukrayna və Moldova bu seçkilərin nəticələrini tanımadıqlarını bildiriblər.
Tərcümə: Arzu