Amerika rus arağından imtina etdi

  • By admin
  • 01 Mart 2022 13:25

Amerikada Şimali Karolina hakimiyyəti yerli sahibkarlara Rusiya istehsalı olan araqları piştaxtalardan yığışdırmağı təklif edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu qanunun hədəfinə üç alkoqol markası, Hammer and Sickle, Beluga və Russian Standard daxil ediləcək.Bu barədə əyalət qubernatoru öz saytında məlumat verib.

Qeyd olunur ki, sərəncamda dövlət qurumlarına Rusiya hüquqi şəxsləri ilə münasibətlərə xitam verilməsi, pərakəndə satıcılara isə Rusiya Federasiyasından gələn spirtli içkilərin satışından imtina edilməsi tapşırılıb.

Bundan əvvəl ABŞ-ın ən azı beş ştatının hakimiyyət orqanlarının Ukrayna ilə həmrəylik əlaməti olaraq Rusiya istehsalı olan araqların satışdan çıxarılması barədə göstəriş verdiyi bildirilib.

Qeyd edək ki, Virciniya, Nyu-Hempşir, Ohayo, Yuta və Pensilvaniyada belə tədbirlər görülüb.

Xatırladaq ki, bundan əvvəl belə bir qadağanı Kanada dövləti də qoymuşdu.

Gununsesi.info