“Amerika şirkətləri Azərbaycan ərazilərinin bərpasında iştiraka hazırdır” – Səfir Litzenberger

  • By admin
  • 27 Yanvar 2021 17:02

Yanvarın 27-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Li  Litzenbergerlə görüşüb.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüşdə M.Cabbarov ABŞ-la iqtisadi, ticarət, sənaye sahələrində tərəfdaşlığın inkişaf etdiyini qeyd edib.

O, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadənin, həmçinin xarici investorlar üçün xüsusi təşviq proqramlarının, ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib.

Gununsesi.org