Amerika Somalidə mülki vətəndaşları hədəfə aldı – Çoxlu sayda adam öldü

  • By arzu
  • 07 Sentyabr 2023 15:32

Amerika Somalidə mülki vətəndaşları hədəfə alıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, havadan hücumlar zamanı 6 nəfər qətlə yetirilib.

Öldürülən vətəndaşlar Amerikan döyüş təyyarələrinin hədəfə aldığı mülki məskunlaşma yerlərinin bombalanması zamanı can veriblər.

Somalinin Qalqudud bölgəsindəki bombalama zamanı öldürülənlərdən 5 nəfəri uşaqdır. Onlar 3-7 yaşları arasındadır.

Ölənlərin meyitləri bölgədən götürülüb.

Son dönəmlərdə Amerikanın Somalidəki mülki məskunlaşma yerlərinə yönələn hücumları artmaqdadır.

 

Tərcümə: Arzu

Gununsesi.info