Amerika təşvişdə: “50 ştatda silahlı hücum olacaq” – FTB

  • By admin
  • 12 Yanvar 2021 14:24

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimi yaxınlaşarkən, Federal İstintaq Bürosunun (FTB) ölkənin 50 ştatının paytaxtındakı konqres binalarındakı silahlı etirazlarla əlaqədar bülleten çıxardığı ortaya çıxıb.

 

Gununsesi.org unikal.org-a istinadən bildirir ki, FTB bülleteninə əsaslanan “ABC News”un xəbərinə görə, ölkədə Baydenin andiçmə mərasimindən əvvəl 50 ştatın paytaxtındakı konqres binalarında genişmiqyaslı və silahlı etirazlar planlaşdırılır.

“Əldə etdiyimiz məlumata görə, 10 yanvar tarixindən etibarən 16-20 yanvar tarixlərində keçiriləcək 50 ştat konqresində silahlı etiraz aksiyaları planlaşdırılır. Eynilə, 17-20 yanvar tarixlərində Vaşinqtonda ABŞ Konqresində silahlı etirazlar olacaq”, – deyə şərh edilib.

Gununsesi.org