
Amerika Ukraynaya daha 1 milyard dollarlıq yardım paketi ayrılacağını açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Naziri ilə görüşündən sonra keçirdiyi mətbuat toplantısında Amerikanın Xarici İşlər Naziri Antoni Blinken söyləyib.
Nazir Blinken yardım paketinə hərbi, humanitar və büdcə yardımlarının aid olduğunu bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşən Blinken ikitərəfli əməkdaşlığın geniş sahələridən danışıb.
“Quru, dəniz, hava və kiber kosmosda davam edəcək təhlükəzilik yardımı və yeni təchizatlarla yanaşı, əsgəri tədris və kəşfiyyat paylaşımını təmin edəcək davamlı təhlükəsizlik yenilikləri haqqında fikir alış-verişi etdik.
Tərcümə: Arzu