Amerika Universitetinə hücum: 13 nəfər ölü

  • By admin
  • 25 Avqust 2016 12:00

afqan

Əfqanıstanın Darul Aman bölgəsində fəaliyyət göstərən Amerika Universitetinə silahlı basqın olub.

Gununsesi.info xəbər verir ki, Əfqanıstan xüsusi ordu dəstələri Amerika Universitetinə hücum etmiş 2 silahlını zərərsizləşdirmək məqsədilə əməliyyat keçirib. Nəticədə silahlılar məhv edilib.

Hücum nəticəsində 2-si qız olmaqla ümumilikdə13 nəfər ölüb, 43 nəfər isə yaralanıb.

Hücuma görə hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, Amerika Universitetində 1700 şagird təhsil alırdı.

Anar

Gununsesi.info