Amerika XİN başçısı Blinken İsrailə səsləndi: “Gərginliyi azaldın”

  • By arzu
  • 31 Yanvar 2023 13:47

Amerikanın Xarici İşlər Naziri Antoni Blinken İsrailə və Fələstinə çağırış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Amerika rəsmisi bölgədə artan gərginliyin azaldılması üçün hər iki tərəfə səslənib.

HTML tutorial

Misirdəki səfərini tamamlayan XİN başçısı Şərqi Qüds və Qərbi Şəriədə Fələstin tərəfinin ağır itkilər verdiyi bir dönəmdə və İsrailə silahlı hücumların artdığı bir vaxtda İsrailə gəlib.

Qərbi Qüdsdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşən Blinken ortaq mətbuat açıqlamasında “İranla ortaq mübarizə” vurğusunu edib.

Amerika rəsmisi Blinken açıqlamasında “iki dövlətli həll” yoluna diqqət çəkib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info