Amerika zəlzələdən zərərçəkənlərə 50 milyon dollar yardım edəcək

  • By arzu
  • 25 Fevral 2023 17:41

Amerika Türkiyə və Suriyada yaşanan ölümcül zəlzələnin dağıntılarının aradan qaldırılması üçün yeni yardım paketi açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Amerika Prezidenti Co Bayden Suriya və Türkiyədə zəlzələdən təsirlənən köçkünləri ehtiyaclarının qarşılanması üçün 50 milyon dollarlıq yardım edəcək.

HTML tutorial

Bununla bağlı artıq yardım sənədi imzalanıb.

“Anadolu Agentliyi”nin xəbərinə görə, Baydenin imzaladığı sənəd  yardımların ev sahibi icmalar da daxil, zəlzələdən təsirlənən mühacirlərə və köç etməli olan vətəndaşların ehtiyaclarının ödənilməsinə yönəldiləcək.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info