Amerikanın şərqini təsiri altına alan şiddətli fırtınalarda ilk hesablamalara görə, 2 nəfər həyatını itirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət zamanı 1,1 milyon evin elektriklə təminatında fasilələr yaranıb.
Bu barədə Milli Hava Durumu Xidməti paytaxt Vaşinqton və yaxın bölgələr üçün xəbərdarlıq edib.
30 milyona yaxın adamın yaşadığı bölgədə güclü külək əsib, qasırğa yaşanıb, böyük dolu dənəcikləri yağıb.
Fırtınalar səbəbi ilə Cənubi Karolina bölgəsində 15 yaşlı bir uşaq üzərinə ağac yıxılması ilə, Alabamada isə 28 yaşlı adamı ildırım vurması ilə həyatını itirib.
Amerikanın şərq bölgələrində 2 600 uçuş ləğv edilib. Bəzi uçuşlar ertələnib.
Bu barədə Amerikanın Federal Hava Qurumu açıqlama verib.
Fırtınadan təsirlənən 1,1 milyon evdə və iş yerində elektrik aralıqlarla verilib, bölgədəki dövlət işçiləri yıxılan elektrik kdirəklərinin təmin edilməsinin zaman alacağını açıqlayıblar.
Tərcümə: Arzu