Amerikada İran kəşfiyyatına işləyən qadın həbs edildi

Nyu-York Federal Məhkəməsi İran əsilli Amerika vətəndaşı Niləfər Bahadorifərini 4 il azadlıqdan məhrum edib.

Gununsesi.info Azad.İran-a iranlı qadın ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda və Amerikada yaşayan iranlı müxalif jurnalist Məsih Əlinejadı oğurlamağı planlaşdıran İran kəşfiyyatının əməkdaşlarına maliyyə yardımı göstərməkdə ittiham olunub.

Məhkəmənin hakimi çıxarılan hökmü ABŞ-da Amerika vətəndaşlarına qarşı təxribat xarakterli hərəkətlər etmək niyyətində olanların hamısına mesaj olduğunu deyib.

Qeyd edək ki, oğurlanmasına cəhd edilən Məsih Əlinejad tanınmış jurnalist, feminist və hüquq müdafiəçisidir.

 

Şəbnəm

Gununsesi.info