Amerikada qadın deputat İsraili tənqid etdiyi üçün Xarici Əlaqələr Komitəsindən ixrac edildi

  • By arzu
  • 02 Fevral 2023 23:24

Amerikanın Təmsilçilər Məclisinin müsəlman deputatı İlhan Omar Xarici Əlaqələr Komitəsindən ixrac edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Cümhuriyyətçilərin çoxluqda olduğu Konresin alt qanadı Təmsilçilər Məclisində keçirilən səsvermə zamanı 211 “xeyr” səsinə qarşı 218 “bəli” səsi ilə Omarın Minnesota Təmsilçilər Məclisi üzrə Xarici Əlaqələr Komitəsindən çıxarılmasına qərar verilib.

HTML tutorial

Somali əslli qadın Omar İsrailin bəzi siyasətini qınadığı və bunu “anti-semitist” adlandırdığı səbəbi ilə bu cəzaya məruz qalıb.

Omar öz açıqlamasında danışmağa davam edəcəyini söyləyib.

“Hədəf olmağıma təəccüblənənlər varmı? Konqresə susmaq üçün gəlmədim. Komitədə olmasa belə, dünyanın 4 tərəfində ədalət axtaranlar üçün danışmağa davam edəcəyəm.

Konqresdəki toplantı zamanı deputatlar Omarı müdafiə ediblər. Onlar qadın deputatın yer aldığı vəzifəsinə uyğun olaraq, Amerikanın Xarici Əlaqələr Komitəsindəki işi ilə bağlı danışdığını bildiriblər.

Yəhudi əslli Demokrat deputat Din Filips ona qarşı iddialara qarşı çıxaraq Omarı müdafiə edib. Yəhudi deputat Filips Omarın Komitədən çıxarılmasının “ikiüzlülük” adlandırıb.

 

Arzu

Gununsesi.info